Bütün ödənişləriniz asan, rahat və təhlükəsiz

Niyə CİB Kassa?

CİB Kassa müştərilərin aldığı məhsul və xidmətlərin ödənişlərini onlayn və oflayn həyata keçirməsi üçün ideal vasitədir; İstənilən yerdə, istənilən zaman!

Üstünlüklərimiz

Təhlükəsiz

Ödəniş prosesinin təhlükəsizliyi MilliKart tərəfindən təmin olunur.

Sizə özəl

Ödəniş interfeysi biznesin tələblərinə uyğun olaraq tənzimlənir

Ödənişlər birlikdə

Ödənişlər bir pəncərədə görünür, vahid hesabat hazırlana bilir

Sərfəli

İnteqrasiya və dəstək üçün heç bir ödəniş tələb olunmur.

Etibarlı

CİB Kassa biznes yanaşması ilə yüksək səviyyəli xidmət göstərir.

Mükafat sistemi

CİB Mükafatlandırma sisteminə qoşularaq üstünlüklər qazandırır

Xidmətlər

CİB Kassa məhsul və xidmətlər üzrə ödənişləri qəbul etməyə imkan verən maliyyə alətidir.

Sualınız var?

FAQ

CİB KASSA nədir?

CİB KASSA Bonus proqramı CİB KASSA merçantlarının mühasibləri, əməliyyatçıları (ödənişləri edən şəxs) üçün hazırlanmış bonus proqramıdır.

CİB Kassa-ya necə qoşulmaq olar?

CİB Kassaya qoşulmaq üçün kassa@CİB.az emailinə müraciət edin.

CİB Kassa kimlər üçündür?

CİB Kassa-ya VÖEN sahibi istənilən sahibkar qoşulub məhsul və xidmətləri üçün ödənişləri qəbul edə bilər.

Müştəridən ödəniş zamanı əlavə komissiya tutulurmu?

Xeyr, əlavə heç bir komissiya nəzərdə tutulmayıb. Əgər bu cür hal olarsa bu barədə məlumat ödəniş səhifəsində qeyd olunur.

Müştərilərim hansı ödəmə metodlarından istifadə edə bilər?

Müştəriləriniz ödənişi sizin saytınızdan, saytınız yoxdursa sizin üçün yaratdığımız xüsusi ödəniş səhifəsindən, CİB tətbiqindən, həmçinin E-manat və Milli Ön köşklərindən ödəyə bilər.

CİB Kassa-nı saytıma özüm qoşa bilərəm mi?

Bu həll üzərində hazırda iş gedir. Hazır olana qədər CİB Kassa ilə inteqrasiya üçün biz sizə kömək edəcəyik.

CİB Kassa-nın komissiyaları barədə məlumat verə bilərsiz?

CİB Kassa komissiyaları sizin fəaliyyət sahəsindən, ödənişin növündən, inteqrasiyanın çətinliyindən və xüsusiyyətindən, həmçinin ortalama ödəniş məbləğindən asılı olaraq dəyişə bilər. Komissiyalar barədə ətraflı məlumat üçün bizə müraciət edin.

CİB Kassa-ya qoşulma haqqı varmı?

Xeyr, əgər əlavə hər hansı bir texniki tapşırıq əsasında iş görülməyəcəksə qoşulma ödənişsizdir.

CİB Kassa texniki dəstək ödənişlidirmi?

Xeyr, texniki dəstək ödənişsizdir.

CİB Kassa vasitəsilə taksit və xarici kartlardan ödəniş etmək mümkündürmü?

Bəli, taksit və xarici kartlarla ödəniş etmək mümkündür.